Türk dünyası

    Türk xalqları Avrasiyada təqribən 12 mln. km2 ərazidə yayılmışlar. Hazırda türk xalqlarının 6 müstəqil dövləti mövcuddur: Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan.

     Dövlətlər arasında siyasi, iqtisadi, mədəni əlaqələr ölkələrin inkişaf səviyyəsinə təsir edir. Əlaqələrin güclənməsi dövlətlərarası birliklərin (təşkilatların) yaranması ilə nəticələnir. Azərbaycan Respublikası dünyanın müxtəlif təşkilatlarında təmsil olunur. Onlardan biri Türk Dövlətləri Təşkilatıdır. Bu, tarixi keçmişi, dil, mədəniyyət oxşarlığı və ümumi sayı təqribən 250 milyon nəfərə çatan türk xalqlarının birliyi üçün təməl rolunu oynayır.

Şəkil. Müstəqil türk dövlətləri və paytaxtları

 

    Türk xalqları hələ eramızdan əvvəl Avrasiya materikinin mərkəzi hissəsində çox geniş bir ərazidə yayılmışdır. Yeni torpaqlar mənimsəmək, su mənbələrinə sahib olmaq məqsədi ilə ətraflara köç edən türk xalqları orada məskunlaşaraq yeni dövlətlər yaratmışdır. Karvan yolları üzərində yerləşməsi qədim türk dövlətlərinin inkişafına və onlar arasında əlaqələrin artmasına təkan vermişdir. Çoxəsrlik iqtisadi, mədəni əlaqələr türk birliyinin yaranmasına zəmin yaratmışdır. Bu birliyin tarixi kökləri “Böyük İpək yolu” ilə də əlaqədardır. 

    Hazırda Türk Dövlətləri Təşkilatına 5 əsas üzv dövlət - Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğız Respublikası, 2 müşahidəçi dövlət - Türkmənistan və Macarıstan daxildir. Türk dövlətləri müxtəlif sahələrdə birliklər yaratmışdır: TURKPA, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası və s.

    Bir çox türk xalqları digər ölkələrin (Rusiya, İran, Ukrayna və s.) ərazisində məskunlaşmışlar. Birliyə daxil olan ölkələr arasında siyasi, iqtisadi, mədəni və hərbi sahələr üzrə əlaqələr getdikcə genişlənir. Birliyin möhkəmlənməsi onun beynəlxalq nüfuzunun artmasına təkan verir. Türk birliyində təmsil olunan dövlətlər beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış edir, ölkələrin problemlərinin həllində bir-birinə dayaq olurlar.

2020-ci ildə Vətən müharibəsi zamanı türk dövlətlərinin, xüsusilə Türkiyənin bütün sahələrdə ölkəmizə dəstəyi aydın göründü.

Xəritə. Türk Dövlətləri Təşkilatı    

Türk sivilizasiyası – Avrasiyada yaranan ən qədim sivilizasiyalardan biri olub eramızdan əvvəl Avrasiyanın geniş çöllərində formalaşmışdır. Hazırda türk xalqları əlverişli-coğrafi mövqeyə malik olan Ön Asiya, Mərkəzi Asiya, Qafqaz regionları, Kiçik Asiya yarımadası, Sayan-Altay dağlarının şimal-qərb bölgəsi, Talas vadisi, Ordos vilayəti, Orxon-Yenisey ətrafı ərazilər, Urmiya gölü hövzəsi, Qara dəniz sahili ərazilərində məskunlaşmışlar. Türklərin “Böyük çöl”də məskunlaşması onların həyat tərzinə güclü təsir etmişdir. Müvəqqəti köçlər zamanı onlar rahat açılıbyığılan alaçıq və yurtalardan istifadə edir, əsasən, heyvandarlıqla məşğul olmuşlar. 

Türklərin yerdəyişməsi tarixi mənbələrdə "Xalqların böyük köçü" adlanır. Bu nəhəng miqrasıya eramizin ll əsrindən başlayaraq 300 ildən çox davam etmişdir. 

V-VI əsrlərdə türklər Altay dağlarından Avropaya qədər yayılaraq Şərq, Qərb, Slavyan-Pravoslav sivilizasiyalarının qovuşduğu ərazilərdə məskunlaşmışlar. 

Türklər məskunlaşdığı ərazilərə əvvəlki yurlarının izlərini aparmışlar. Rusiyada və Mərkəzi Asiyada təkrarlanan coğrafi adlar bunu sübut edir. Fərqli sivilizasiyalar arasında ticarət əlaqələrinin türk torpaqlarından keçməsi onların....iqtisadi hәyatına təsirsiz qalmamışdır. 

Türk sivilizasiyası Avropa və Asiya xalqlarına yaxınlaşmış, özündə onların bəzi xüsusiyyətlərini birləşdirmisdir. Bu proses müasir türk xalqlarının zahiri görünüşündə, din, dil, mədəniyyət və iqtisadiyyatında da öz əksini tapır.         Şəkil. Qədim türklərin köç istiqamətləri

Zahiri əlamətlərinə görə müsair türk xalqları bir-birindən fərqlənir. Türk xaqlarının bir qismi (uyğurlar, yakutlar, qırğızlar və s.) monqoloid, müəyyən bir hissəsi (qaqauzlar, karaimlər, və s.) avropoid irqinin əlamətlərini daşıyır. Türkiyə türkləri, azərbaycanlılar, türkmanlar, tatarlar isə zahiri görüşlərinə görə hər iki irqin əlamətlərini daşıyırlar.

Eyni ərazilərdə məskunlaşmış türk və digər xaqların dil və adətn-ənənləri, şifahi xaql ədəbiyyatı, yazı və mədəniyyəti də bir-birinin təsirinə məruz qalmışdır. Belə ki, rus dilində yüzlərlə türk, eləcə də türk dilində ərəb, fars, latın mənşəli sözlər indiyədək istifadə olunmaqdadır.

Qeyd: Azərbaycan xalqının formalaşmasında yerli türkdilli xalqlarla yanaşı Mərkəzi Asiyadan Qərbə doğru geniş miqyasda köç edən Oğuz, qıpçaq, qarluq və digər türk tayfaları mühüm rol oynamışdır.

    Türk xalqlarının dini inanclarına da Avropa, Asiya mədəniyyətlərinin izi aydın görünür. Qədim türk xalqladı Tenqriyə, yəni Tanrıya inanırdı. Onların fikrincə, Tenqri "Əbədi Səma Ruhu" idi. Qonşu sivilizasiyaların inkişafı türk xalqlarının dini inanclarının təsiri altına düşməsinə və müxtəlif dinlərin yayılmasına səbəb olmuşdur.

Cədvəl. Türk xalqlarının din mənsubiyyəti

    Fərqli sivilizasiyalar arasında ticarət əlaqələrinin türk torpaqlarından keçməsi onların iqtisadi həyatına təsirsiz qalmamışdır. Tarixən “İpək yolu” adlandırılan ticarət əlaqələri bu ərazilərdə iri şəhərlərin yaranmasına səbəb olmuşdur. Türk tacirləri Avropada ehtiyac duyulan Çin və Hindistan mallarının mübadiləsində fəal iştirak edir və sürətlə varlanırdılar. Bu isə türk dövlətlərinin iqtisadi, sosial və mədəni səviyyəsinin yüksəlməsinə imkan verirdi. (Böyük İpək yolu – Pekin, Daşkənd, Aşqabad, Bakı, İstanbul şəhərlərindən keçir.)

    Bəzi türk xalqları müəyyən özünüidarə hüquq səlahiyyətləri olan dövlət qurumlarına malikdir. Onların əksəriyyəti Rusiya Federasiyasında aşağıdakı regionlarda yerləşir: Sibir regionundaAltay, Tuva, Xakasiya, Saxa – (Yakutiya); Ural-Volqaboyu regionundaBaşqırdıstan, Tatarıstan, Çuvaşıstan; Şimali Qafqaz regionunda Kabarda-Balkar, Qaraçay-Çərkəz. Çin Xalq Respublikasının tərkibindəki Sıntszyan-Uyğur Muxtar Vilayəti, Moldova respublikasında Qaqauziya muxtar bölgəsi türk dövlət qurumlarıdır. Bəzi türk xalqları isə yaşadıqları ərazilərdə yerli xalqlar hesab edilir. Onlar dövlət qurumuna malik olmayıb, Rusiya, İran, İraq, Əfqanıstan, Gürcüstan, Suriya, Ukrayna, Bolqarıstan, Macarıstan, Yunanıstan, Latviya və digər ərazilərdə yaşayırlar. Xəritə. Türklərin yayıldığı ərazilər.

 

Türk dövlətlərinin əksəriyyəti təbii ehtiyatlarla – neft, qaz, dəmir filizi, daş kömür və s. ilə zəngin, iqlimi kənd təsərrüfatı üçün əlverişlidir. Azərbaycan, Türkmənistan, Qazaxıstan, Özbəkistan kimi ölkələrə dünyanın inkişaf etmiş ölkələrinin marağı da bununla əlaqədardır. Hazırda türk dövlətləri dünyanın ən nəhəng layihələrində iştirak edir.

Cədvəl. Müstəqil türk dövlətlərinin və türk qurumlarının paytaxtları və sahələri

 

Qeyd. Şimali Kipr Türkiyə istisna olmaqla dünya ölkələri tərəfindən müstəqilliyi tanınmayan dövlətdir. 

Türk dövlətləri yalnız bir materikdə yerləşir. Lakin Türkiyə, Qazaxıstan iki qitədə yerləşir. (Bəzi bölgülərə görə Azərbaycanda iki qitədə yerləşir).

 

Türk dövlət və qurumlarının təbiətinin müxtəlifliyi

 

Avrasiya. Fiziki xəritə (fraqment)

                

 

 

Türk dövlətlərinin və qurumlarının yerləşdiyi iqlim qurşaqları.

 

 

Türkiyə yalnız Subtropik(Aralıq dəniz) iqlimdə, Azərbaycan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Sintszyan-Uyğur subtropik və mülayim iqlimdə, Qazaxıstan, Xakasiya, Tıva, Altay, Başqordıstan, Tatarıstan, Çuvaşiya, Qaraçay-Çərkəz, Kabarda-Balkar yalnız mülayim iqlimdə, Saxa isə üç iqlimdə-mülayim(kəskin kontinental), subartktik və arktik iqlimdə yerləşir.

Azərbaycanda mülayim-kontinental və Aralıq dəniz iqlimi, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Sintszyan-Uyğur subtropik-kontinental və kəskin kontinental, Qazaxıstan, Xakasiya, Tıva, Altay kəskin kontinenlat, Başqordıstan, Tatarıstan, Çuvaşiya, Qaraçay-Çərkəz, Kabarda-Balkar mülayim-kontinental iqlimdə yerləşir.

Türk dövlətlərinin və qurumlarının yerləşdiyi təbii zonalar.

1. Arktik səhralar. 2. Tundra və meşə-tundra. 3. Tayqa. 4. Qarışıq və enliyarpaq meşələr. 5. Meşə-çöl və çöllər. 6. Yarımsəhra və səhralar. 7. Savanna və seyrək meşələr. 8. Codyarpaqlı həmişəyaşıl meşə və kolluqlar (Aralıq dəniz). 9. Dəyişkən rütubətli (musson) meşələr. 10. Yüksəklik qurşaqları vilayəti.

Türk dövlətlərindən yalnız Türkiyə Codyarpaqlı həmişəyaşıl meşə və kolluqlar təbii zonasında yerləşir. ən böyük şəhəri İstanbul codyarpaqlı meşələr təbii zonasında yerləşsə də, paytaxt Ankara yüksəkdağlıq qurşaqda yerləşir.

Azərbaycanda, yüksəkdağlıq və çöl təbii zonası geniş sahə tutur (bunlar əsasən, quruçöllər, dağ çölləri və meşə-çöl lanşaftı formasındadır). Türkmənistan, Özbəkistanda, Qazaxıstan, Sintszyan-Uyğurda səhra və yarımsəhra təbii zonası geniş yayılıb. Qazaxıstanda səhra və yarımsəhra landşaftına geniş rast gəlinir. Qazaxıstan, Altay və Başqordıstanda çöl və meşə-çöl təbii zonasına rast gəlinir. 

Türkiyə, Azərbaycan, Kabarda-Balkar, Qaraçay-Çərkəz, Qırğızıstan, Xakasiya, Tıva, Altay və Sintszyan-Uyğurda yüksəkdağlıq qurşaq geniş sahə tutur. Belə ölkələrdə şaquli zonallıq aydın müşahidə edilir. Ərazisi düzən olan ölkələrdə isə üfuqi zonallıq üstünlük təşkil edir. Saxada isə Arktik səhra, tundra və meşə-tundra, tayqa təbii zonaları və yüksəkdağlıq qurşaq yayılmışdır. Tayqa meşələrinə Saxa, Çuvaşiya, Altay və Başqordıstanda rast gəlinr. Çuvaşiya, Altay və Başqordıstanda həmçinin qarışıq və enliyarpaqlı meşələr təbii zonasına rast gəlinir. Qeyd. Türk dövlətləri və ya qurumları ərazisində rütubətli ekvatorial meşələr, dəyişkən rütubətli (o cümlədən musson) meşələr təbii zonasına rast gəlinmir.

Türk dünyası əhalisi

Altay dil ailəsinin türk dil qrupunun qolları (yarımqrupları)

Türk xalqları tarixən müəyyən ərazi daxilində oturaq həyat tərzi keçirməyə deyil, daim hərəkətdə olmağa, yeni dövlətlər qurmağa, ərazilərini genişləndirməyə meyilli olmuşlar. Bunu siyasi-iqtisadi, sosial ekoloji səbəblərlə əlaqələndirmək olar: əhalinin təbii artımının yüksək olması; əsas məşğuliyyəti heyvandarlıq olan türk tayfalarının heyvan sürülərinin otarılmaq üçün yem ehtiyatları ilə bol olan əlverişli ərazilərə köç etməsi;

1. əhalinin təbii artımının yüksək olması;

2. əsas məşğuliyyəti heyvandarlıq olan türk tayfalarının heyvan sürülərinin otarılmaq üçün yem ehtiyatları ilə bol olan əlverişli ərazilərə köç etməsi;

3. qədim türklərdə qanuni hakimiyyət oğullardan birinə (adətən, böyük oğula) keçdiyi üçün hakimiyyətdə olmayan varislərdən birinin ətrafdakı boş ərazilərə köç etməsi və yeni dövlətlər qurması;

4. türk xalqlarının yaşadığı ərazilərdə iqlim dəyişikliklərinin (xüsusilə quraqlıqların) tez-tez baş verməsi;

5. daha güclü dövlətlərin əsarət və təzyiqi altında yaşamaq istəməyən türk tayfalarının məskunlaşdıqları ərazilərdən köçüb getməyə üstünlük verməsi;

6. məcburi miqrasiya (Krım tatarları, Ahıska türkləri, azərbaycanlılar) və sürgünlərə məruz qalması;

7. yüksək həyat səviyyəsi axtarmaq məqsədilə müasir dövrdə Avropaya və Şimali Amerikaya miqrasiyaların daha da intensivləşməsi.

Cədvəl. Türk dövlətlərinin əhalisi və ÜDM-un həcmi

 

Türk dünyası birliyinin əsas cəhətləri

 

Ümumi türk dilinin yaradılması ideyası İsmayıl bəy Qaspıralıya məxsusdur. O, 1883-cü ildə “Tərcüman” qəzetində yazdığı məqaləsində vahid türk dilinin yaradılmasına olan tələbin zəruriliyini türk xalqlarının əsarətdən xilas yolu olması ilə əsaslandırmışdır.

İdeya XX əsrin əvvəlində M.K.Atatürk tərəfindən inkişaf etdirilmişdir. Türkiyədə türk dilinin ərəb və fars sözlərindən təmizlənməsi məqsədilə islahatlar keçirilmişdir. Ümumi türk dilinin vacibliyinin nəzəri əsasları Yusuf Akçura tərəfindən işlənib-hazırlanmışdır. Əli bəy Hüseynzadə ilə Ziya Göyalp ortaq türk dilinin türk birliyinin yaranmasındakı roluna dair tədqiqatlar aparmışlar.

Qədim türklər Göy Tanrı (Tenqri) dininə inam gətirmişlər ki, bu dinin bəzi əlamətləri müasir dövrə qədər qalmaqdadır. Müasir türk xalqlarının əksəriyyəti isə islam dininə etiqad edir.

Türk xalqlarının içərisində həmçinin xristian (qaqauz və çuvaşlar), iudaist (karaimlər), şaman (yakutlar, altaylar və s.), buddizm (tıvalılar) dininə inananlar vardır. (Qədim türk xalqı olan Tabğaçlar çin ərazisində yaşayıb, budda sivilizasiyasın aid olmuşdur).

 

Türk dünyası birliyinin yaranmasının zəruri səbəbləri:

Dil ümumiliyi
• Tarixi-coğrafi məkan
• Əxlaq birliyi
• El sənətlərinin ümumiliyi
• Yazı mədəniyyəti və şifahi xalq ədəbiyyatı
• Coğrafi toponimlərin oxşarlığı

 

Türk dünyası birliyini möhkəm təməllər üzərində qurmaq üçün aşağıdakıları həyata keçirmək vacibdir:

  • ölkələr arasında əhalinin sərbəst gediş-gəlişini təmin etmək üçün hazırda mövcud olan viza rejimini ləğv etmək;

  • təhsil, mədəniyyət, səhiyyə sahəsində əlaqələri möhkəmləndirmək, tələbə-müəllim mübadiləsi, ölkələrarası mədəni tədbirlər, idman oyunları və s. təşkil etmə

  • türk ölkələrinin iqtisadi gücünü artırmaq üçün ümumi bank sistemi təşkil etmək, uzunmüddətli kreditlər vermək, ümumi maliyyə-pul mübadiləsi vasitəsi yaratmaq;

  • beynəlxalq peyk-rabitə sistemi yaratmaq, kommunikasiya əlaqələrini gücləndirmək;

  • su, enerji, nəqliyyat daşıyıcılarının yeni layihələrini həyata keçirmək, Şərqlə Qərbi birləşdirən magistralların rolunu artırmaq üçün tədbirlər görmək;

  • birgə xarici siyasət yürütmək, hərbi-siyasi təşkilat yaratmaq və beynəlxalq təşkilatlarda birgə çıxış etmək.


 

Türk dünyası birliyinin möhkəmlənməsinə mane olan bir çox səbəblər vardır. Onlar aşağıdakılardır:

  1. uzun tarixi zaman ərzində türk xalqlarının bir-biri ilə əlaqəsi olmamış və onlar bir- birindən uzaq düşmüşlər;

  2. dünyada mövcud olan güclü dövlətlər bu birliyin möhkəmlənməsinə qarşı çıxır;

  3. müxtəlif ideologiyaların təsirinə məruz qalan hakimiyyətdə olan liderlər bəzi hallarda bir-birinə laqeyd münasibət göstərir;

  4. bir-birindən uzaq məsafədə yaşadıqları üzündən ümumi türk dili mövcud olmamış və dildə fərqlər yaranmışdır. 

 

Türk dünyası birliyi - 2009-cu ildə, Astana sammitində “Britaniya əməkdaşlığı”, “Ərəb liqası” və s. modelində yaradılmışdır. Birliyə daxil olan ölkələr BMT-nin nizamnaməsini və ATƏT-in prinsiplərini (siyasi və iqtisadi təhlükəsizlik, müstəqil siyasət yürütmək, ərazi bütövlüyü, sərhədlərin pozulmaması, bir-birinin daxili işlərinə qarışmamaq və s.) qəbul etmişdir.

Türk dünyası birliyinin yaranması türk xalqları arasında siyasi, iqtisadi, təhlükəsizlik, beynəlxalq layihələr, sosial-mədəni əlaqələr və s. baxımından əhəmiyyətə malikdir.

Türk dünyası birliyinin siyasi arenada möhkəmlənməsi Avrasiyanın təhlükəsizliyi üçün bir qarant rolunu oynaya bilər.

 

Türkiyə

Sahəsi: 785.2 min km2

Əhalisi: 84 mln. nəfər

Paytaxtı: Ankara

Ən böyük şəhəri: İstanbul

İdarəetmə forması: Prezidentli Respublika

İnzibati ərazi quruluşu: Unitar

Türkiyə Respublikası bütünlükdə şimal və şərq yarımkürəsində, Kiçik Asiya yarımadasında yerləşir. Paytaxtı Ankara şəhəri 40°şm.e və 33°ş.u-da yerləşir. Türkiyə ərazisi Afrika və Ərəbistan tavası ilə Avrasiya tavasının toqquşma zonasında Alp-Himalay geosinklinalında yerləşir. Şimal hissəsində pont dağları, cənub hissəsində isə Tavr (Toros) dağları yerləşir. Ən hündür zirvəsi Anadolu yaylasında yerləşən Ağrı dağıdır (5165 m).

Türkiyə bütünlükdə Subtropik iqlimdə (Aralıq dəniz) yerləşir. Ərazisində codyarpaqlı həmişəyaşıl meşə və kolluqlar təbii zonasında və yüksəkdağlıq qurşaq yerləşir.

Sahilləri Atlantik okeanına aid olan Qara, Mərmərə,Egey və Aralıq dəniz suları ilə yuyulur. Daxili suları Atlantik okean, Hind okeanı və daxili axarsız hövzəyə aiddir. Atlantik okeanına aid olan əsas çayları Kızıl Irmaq, Yaşıl Irmaq, Ceyhan, Seyhan və s. Çayları. Hind okean hövzəsinə aid olan çayları Dəclə və Fərat çaylarıdır. Fərat çayı üzərində tikilən Atatürk və Keban su anbarları Türkiyənin ən iri su anbarlarıdır.

Ən iri daxili axarsız hövzəyə aid olan çayları isə Xəzər hövzəsinə aid olan Kür və Araz çaylarıdır. Van və Tuz gölləri axarsız və duzlu göllərdir.

Türkiyədə uran və xrom ehtiyatları habelə daş kömür ehtiyatları (Erekli, Zonquldağ) mövcuddur. Türkiyədə Metallurgiya, Kənd təsərrüfatı maşınqayırması, Minik avtomobilləri, Yük avtomobilləri, Təyyarə istehsalı inkişaf etmişdir. Kənd təsərrüfatının əsas sahələri pambıq, zeytun, buğda,Qarğıdalı, şəkər çuğunduru və tütünçülükdür. Türkiyəd anqor keçiləri bəslənir.

 

Qazaxıstan 

Sahəsi: 2724.9 min km

Əhalisi: 19.7 mln. nəfər

Paytaxtı: Astana

Ən böyük şəhəri: Almatı

İdarəetmə forması: Prezidentli Respublika

İnzibati ərazi quruluşu: Unitar

 

Qazaxıstan Respublikası bütünlükdə şimal və şərq yarımkürəsində Avropa və Asiya qitələrində yerləşir. Ərazisinin böyük hissəsi platformada yerləşir. Lakin ərazisində yenidən törənən dağların (Tyan-şan, Altay) dağlarının bir hissəsi yerləşir. Qazaxıstan, Özbəkistan və Türkmənistan dövlətlərinin ərazisinin bir hissəsi Turan cavan platformasında yerləşir. 

Qazaxıstanda plaftormanının enən və qalxan hissələrinə geniş rast gəlinir. Qazax xırda təpəliliyi, Üstyurd platosu qalxmalara, Xəzəryanı ovalıq, Turan ovalığı və Qaragiye çökəkliyi enmələrə aiddir. 

Qazaxıstan ərazisi bütünlükdə mülayim iqlim qurşağında yerləşir. 

Qazaxıstanın daxili suları Şimal Buzlu okean və Daxili axarsız (Xəzər, Aral, Balxaş və s.). hövzəyə aiddir. Ob çayının ən iri qollarından olan Tobol, Işım və İrtiş çayları öz mənbələrini Qazaxıstan ərzisindən götürür. İli çayı daxili axarsız hövzə olan Balxaşa, Sırdərya Arala, Ural və Emba çayları isə Xəzərə tökülür. 

Qazaxıstan ərazisində çöl və meşə-çöl,səhra və yarımsərha təbii zonaları həmçinində yüksəkdağlıq qurşağı geniş müşahidə edilir. Tayqa təbii zonasına rast gəlinmir. 

Xəzər dənizində ən uzun sahil xəttinə malik olan ölkə Qazaxıstandır. Qazaxıstan Xəzərdən olan neft ehtiyatlarına görə I, təbii qaz ehtiyatlarına görə isə II-dir. Durnev, Kulalı adaları bu ölkəyə məxsus ən iri adalardır. Buzaçi, Manqistau yarımadaları, Manqistau və Qazax körfəzləridə Qazaxıstana məxsusdur. 

Qazaxıstanda İli (Balxaş)çay üzərində Kapçaqay, İrtış üzərində Buxtarma, Sırdərya üzərində Çardərə su anbaları var. 

Əhalisinin sıxlığı azdır. Urbanizasiya səviyyəsi 60%-dir. Müstəqil türk dövlətləri içində sahəsinə görə ən böyük dövlətdir. Təbii ehtiyatları- Neft, təbii qaz, daş kömür, dəmir, boksit, xrom, qızıl və s. 

Metallurgiya, Kənd təsərrüfatı maşınqayırması, Yük avtomobilləri istehsalına görə fərqlənir. 

Kənd təsərrüfatında buğda, pambıq, çətlik, şəkər çuğunduru və s. İstehsalına görə fərqlənir. 

Ən iri limanları Xəzər dənizində Aktau və Atraudur.

 

Türkmənistan 

Sahəsi: 491.2 min km

Əhalisi: 5 mln. nəfər 

Paytaxtı: Aşqabad 

İdarəetmə forması: Prezidentli Respublika 

İnzibati ərazi quruluşu: Unitar 

Türkmənistan bütünlükdə şimal və şərq yarımkürəsində, Xəzər dənizinin şərq sahillərində yerləşir. Ərazisinin çox hissəsi Turan cavan platforma olmasına baxmayaraq, ərazisinin bir hissəsidə Alp-Himalay geosinklinalında yerləşir. Seysmik qurşaqda yerləşən Kopetdağ Türkmənistan və İran arasında təbii sərhəd rolunu oynayır.

Türkmənistan ərazisi iki iqlim – Subtropik və mülayim iqlim qurşaqlarında yerləşir. İqlimin kotinental olması səhra və yarımsəhra landşaftının geniş sahə tutmasına səbəb olmuşdur. Ərazisində Qaraqum səhrası yerləşir. Daxili suları yalnız Xəzər hövzəsinə aiddir. Atrek çayı Türkmənistan və İran sərhədlərindən Xəzərə tökülür.

Urbanizasiya səviyyəsi 50%-dən aşağıdır.

Təbii ehtiyatları-Neft, təbii qaz, Qlabuber duzu(Qaraboğazqol körfəzi) və s.

Kənd təsərrüfatının başlıca sahəsi pambıqçılıqdır.

Mərkəzi Asiyada türk dövlətlərində “qaragül” qoyunçuluğu inkişaf etmişdir. Qaragül qoyunçuluğu Afrikada CAR və Namibiyada inkişaf etdirilir.

Xəzər dənizində Oqurçu adası, Türkmənbaşı və Çələkən yarımadaları, Qaraboğazqol, Türkmən və Türkmənbaşı körfəzləri Türkmənistana məxsusdur.


 

ÖZBƏKİSTAN

Sahəsi: 448.9 min km2

Əhalisi: 35 .6 mln. nəfər

Paytaxtı: Daşkənd

İdarəetmə forması: Prezidentli Respublika

İnzibati ərazi quruluşu: Unitar 

Əhalisinin sayına görə Mərkəzi Asiyada birinci olan Özbəkistan dövləti şimal və şərq yarımkürəsində yerləşir. Türk dövlətləri arasında sayına görə yalnız Türkiyədən geri qalır. Ərazisinin əsas hissəsi Turan ovalığında yerləşir. Bir hissəsi isə seysmik cəhətdən fəal ərazidir. Daxili suları yalnız daxili axarsız hövzəyə aiddir. Xəzərə çıxışı yoxdur. Qazaxıstanla sərhədində Aral gölü və Sırdərya çayı yerləşir. Amurdərya çayının mənsəbi Özbəkistanda yerləşir.

Ərazisində səhra və yarımsəhra landşaftı və yüksəkdağlıq qurşaq geniş sahə tutur. Mülayim və subtropik iqlim qurşaqlarında yerləşir.

Əsas təbii ehtiyatları neft, təbii qaz, qızıl, daş kömür, mis və s.-dir. Kənd təsərrüfatının başlıca sahəsi pambıqşılıqdır. Çəltik əkinləridə geniş sahə tutur. Qaragül qoyunçuluğu inkişaf etmişdir. Minik avtomobillər, təyyarə istehsalı, kənd təsərrüfatı maşınqayırması, metallurgiya sahələri inkişaf etmişdir.

 Qırğızıstan  

Sahəsi: 199.7 min km2  

Əhalisi: 7 mln. nəfər 

Paytaxtı: Bişkek

İdarəetmə forması: Parlamentli Respublika  

İnzibati ərazi quruluşu: Unitar


Qırğızıstan ərazisinin 95%-i 100 m-dən yüksəkdə yerləşir. Seysmik cəhətdən fəal ərazidir. Subtropik və mülayim iqlim qurşağında yerləşir. İssikul gölü başlıca turizm mərkəzi hesab edilir. Urbanizasiya səviyyəsi 50%-dən aşağıdır.

 

 

TƏŞKİLATLAR

İstifadə edilmiş mənbələr:

1. coğrafiya 7-ci sinif dərsliyi

2. coğrafiya 9-cu sinif dərsliyi

3. coğrafiya 11-ci sinif dərsliyi

4. Güvən vəsait

5.İnternet resursları