
NATO
NATO (ing. North Atlantic Treaty Organization) Şimali Atlantika Müqaviləsi Təşkilatı 4 aprel 1949-cu ildə yaradılmışdır. Təşkilat sülhün qorunmasını təmin etmək üçün istənilən aqressiya formalarını dəf etmək, lazım gəldikdə isə hərbi gücdən istifadə etmək hüququnu nəzərdə tutan müstəqil dövlətlərin hərbi ittifaqıdır.
NATO - hökumətlərarası təşkilatdır. NATO BMT-nin nizamnaməsinin prinsiplərinə uyğun olaraq siyasi və hərbi yollarla bütün üzvlərinin azadlığını və təhlükəsizliyini müdafiə edir. NATO-nun 32 üzvü var: Amerika Birləşmiş Ştatları, Albaniya, Almaniya, Belçika, Böyük Britaniya, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Fransa, İspaniya, İtaliya, İslandiya, Kanada, Latviya, Litva, Lüksemburq, Macarıstan, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Türkiyə, Xorvatiya və Yunanıstan, İsveç, Finlandiya, Şm.Makedoniya, Montoneqro